"Fənərbaxça" Portuqaliyadan futbolçu alır

İDMAN
12:40 29.07.2024
117
Türkiyənin "Fənərbaxça" klubunun baş məşqçisi Xose Maurinyo 19 yaşlı portuqaliyalı futbolçu Dario Essuqonun transfer edilməsini istəyib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub artıq futbolçuya təklif göndərməyə hazırlaşır.

Lissabonun "Sportinq" klubunda forma geyinən Dario son mövsümü "Çaves" klubunda keçirib.
 
Karyerası boyunca 61 oyuna çıxan portuqaliyalı cəmi 2 dəfə fərqlənə bilib.
 
Məryəm

OXŞAR XƏBƏRLƏR