Türkiyənin "Fənərbaxça" klubu PSJ-dən Karlos Solerə "elçi düşüb".
AZXEBER.COM xəbər verir ki, sarı-göylü klub 27 yaşlı futbolçu üçün təklif hazırlayır.
Qeyd edək ki, ispaniyalı futbolçu son mövsümdə 28 oyunda meydana olub.
2 dəfə fərqlənib, 4 dəfə komanda yoldaşlarına qol ötürməsi edib.
PSJ ilə müqaviləsi 2027-ci ilə qədər davam edən Karlos Solerin bazar dəyəri 20 milyon avroya bərabərdir.
Məryəm