“Fənərbaxça” - “Qalatasaray” qarşılaşmasında qalib müəyyənləşməyib

“Fənərbaxça” - “Qalatasaray” qarşılaşmasında qalib müəyyənləşməyib
İDMAN
23:16 01.12.2025
127
Türkiyə Superliqasında "Qalatasaray" səfərdə "Fənərbağça" ilə üz-üzə gəlib.

AZXEBER.COM xəbər verir ki, İstanbul derbisi XIV tura təsadüf edib.

"Şükrü Saracoğlu" stadionunda keçirilən qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Hesabı qonaqlardan 27-ci dəqiqədə Leroy Sane açıb. Ev sahibləri məğlubiyyətdən yalnız 90+5-ci dəqiqədə qaça biliblər. Con Duran başla dəqiq oynayıb.

Qeyd edək ki, "sarı-qırmızılar" 33 xalla liderdir. "Fənərbağça" isə 32 xalla ikinci pillədə qərarlaşıb.
OXŞAR XƏBƏRLƏR