Ötən gün Avropa Liqasının qrup mərhələsində IV turun oyunlarına start verilib.
AZXEBER.COM-un məlumatına görə, ÇL-dən fərqli olaraq Avroliqada bütün görüşlər eyni gündə baş tutub.
"Neftçi"nin qrupu ilə yanaşı, digər 11 qrupda da IV turun oyunlar keçirilib. Ümumilikdə 24 qarşılaşma baş tutub ki, bunlar arasında bir sıra maraqlı görüşlər olub.
Azərbaycan futbolsevərlərinin diqqəti yenidən Türkiyəyə yönəlib. Burada "Fənərbaxça" klubu Kiprin "AEL Limassol" komandasını sınağa çəkib. İstanbul təmsilçisi bu görüşdə qələbə qazanacağı təqdirdə növbəti mərhələyə vəsiqəni təmin edəcəkdi ki, bunu da bacarıb - 2:0.
Qeyd edək ki, Avroliqanın qrup mərhələsində növbəti görüşlər noyabrın 25-də keçiriləcək.