"Fənərbaxça" və "Qalatasaray"ın ÇL-dəki rəqibləri bəlli oldu

İDMAN
14:50 05.08.2024
160
Türkiyə nəhənglərinin Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibləri müəyyənləşib.

Həm "Qalatasaray”, həm də "Fənərbaxça” Çempionlar Liqasında mübarizə aparır.

Mübarizəyə pley-off mərhələsindən qoşulan "sarı-qırmızılar” İsveçrənin "Yanq Boyz” klubu ilə üz-üzə gələcək.

Turnirin 3-cü təsnifat mərhələsində Fransanın "Lill” klubu ilə qarşılaşacaq "Fənərbaxça” isə rəqibini keçəcəyi təqdirdə, "Slavia Praqa” – "Yunion SJ” cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçları 20-21 avqustda, cavab görüşləri isə 27-28 avqustda keçiriləcək.

OXŞAR XƏBƏRLƏR