"Fənərbaxça" vitse-prezidenti Ali Koç klubun Çempionlar liqasından uzaqlaşdırılması ilə bağlı danışıb.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Koç açıqlamasında Türkiyə Futbol Federasiyasını kəskin tənqid edib. O bu haqda deyib: "Fənərbaxça"nı Çemıpionlar liqasına göndərmirsizsə, Türkiyə liqasında niyə oynadırsız? Bu təkcə bizə yox, bütün Türkiyəyə atılan şərdir. TFF-dən tələb edirəm göndərin bizi Bank Asya 1-ci liqaya gedib orada şərəflə oynayaq. Bu haqda futbolçularımızla danışmışıq və hamısı bu işə razıdırlar."