"Fənərbaxça" yenidən Çempionlar Liqasında

İDMAN
12:33 01.08.2012
1437

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində növbəti oyunlar keçiriləcək.

AZXEBER.COM-un məlumatına görə, ikinci oyun günündə daha 12 qarşılaşma baş tutacaq.

Bu görüşlər arasında təmsilçimiz "Neftçi"nin də oyunu var. Son Azərbaycan çempionu səfərdə İsrailin "Hapoel" (İroni Kiryat) klubunun qonağı olacaq.

Türkiyənin "Fənərbaxça" klubu da bu axşam ÇL-də mübarizəyə qoşulacaq. "Sarı lacivərdli" komanda öz meydanında Rumıniyanın "Vasluy" klubunu qəbul edəcək.

Qeyd edək ki, III təsnifat mərhələsinin cavab görüşləri avqustun 7-8-də keçiriləcək.

OXŞAR XƏBƏRLƏR