'Fənərbaxça' öz meydanında məğlub oldu - VİDEO

İDMAN
07:49 04.02.2013
1083
Türkiyə Superliqasında “Fənərbağça” öz meydanında “Sivasspor” məğlub olub.AZXEBER.COM-un məlumatına görə, qarşılaşma qonaqların 1:2 hesablı qələbəsi ilə başa çatıb.“Sivasspor”a qələbə qazandıran hər iki qolu Eneramo vurub. “Fənərbağça”nın təsəlli qolunun müəllifi isə yeni transfer Vebo olub. İstanbul klubunun legioneri Kayt isə penaltini qola çevirə bilməyib.Bu məğlubiyyətlə “Fənərbağça” lider “Qalatasaray”la xal fərqini azaltmaq imkanını əldən verib, üstəlik daha 1 xal geriyə düşüb. Oyundan sonra tribunalardan “İstefa!” və “Aleks de Souza” şüarları səslənib.

OXŞAR XƏBƏRLƏR