“Fənərbaxça”nın Çempionlar Liqasında mübarizəni dayandırması onların əzəli rəqibi “Qalatasaray”a sərf edib.
AZXEBER.COM-un məlumatına görə, “cimbom” Türkiyənin ÇL-in qrup mərhələsindəki yeganə təmsilçisi olduğu üçün 13.8 milyon avro qazanıb.
Belə ki, UEFA-nın bir ölkə üçün ayırdığı pulun “Fənərbaxça”ya ayrılacaq hissəsinə “aslanlar” sahib çıxacaq. Bu məbləğə 8.6 milyon avro iştirak haqqı, 2.1 milyon avro qrupda iştirak və 3.1 milyon avro sponsor gəliri daxildir.