Türkiyənin "Fənərbaxça" klubu sabiq futbolçusu - Moskva "Spartak"ının hücumçusu Emanuel Emenikeni geri qaytarmaq niyyətindədir.
Artıq İstanbul təmsilçisi 25 yaşlı futbolçunun transferi üçün "Spartak"a rəsmi müraciət edib.
"Fənərbaxça" klubu Emenikenin transferi üçün 10 milyon avrosundan keçməyə hazırdır. Lakin Moskva klubunun qarşı tərəfdən 15 milyon avro tələb etməsi "Fənərbaxça"nın işini çətinə salır. Tərəflər razılığa gələcəyi təqdirdə, nigeriyalı futbolçunu yenidən "Fənərbaxça"nın heyətində görmək mümkün olacaq.
Qeyd edək ki, Emenike bu mövsüm keçirdiyi 22 oyunda 8 qola imza atıb.//qol.az