"Fənərbaxça"lı 2 futbolçunun həbsi tələb olunur

"Fənərbaxça"lı 2 futbolçunun həbsi tələb olunur
İDMAN
17:29 16.08.2024
230
Dərbi oyununda Fənərbaxça - Qalatasaray matçından sonra baş verən hadisələrdə İsmayıl Kartalın oğlu Emre Kartalı yaralamaqda təqsirli bilinən futbolçular Jaden Ostervolde və Mert Yandaşın "qəsdən yaralama" maddəsi ilə 6 ildən 9 ilədək həbsi tələb olunub.
 
AZXEBER.COM xəbər verir ki, Emre Kartal çoxsaylı sümük sınığı və kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
 
Hadisələrdə yaralanan stadionun rəhbəri Ali Çelikkıran da məhkəməyə gələrək şikayətçi olub.
 
Xatırladaq ki, mayın 19-da RAMS Park Stadionunda oynanılan matçdan sonra "Fənərbaxça” İdman Klubunun texniki heyəti, menecerləri və futbolçularının qələbə sevincini yaşamaq üçün meydana daxil olmasından sonra insident yaşanmışdı.
 
Aysel
OXŞAR XƏBƏRLƏR