AZXEBER.COM-un verdiyi məlumata görə, “sarı-lacivərdlilər” qələbə topunu qeyd edərkən maraqlı anlar yaşanıb.
Belə ki, “Fənər”in müdafiəçisi Bekir İrtegün qol vurduqdan sonra sevincini bölüşmək üçün tribunalara tərəf qaçıb. Bu zaman azarkeşlərdən biri futbolçunu özünə tərəf çəkərək dodağından öpüb. Bu görüntü fotoqrafların diqqətindən yayınmayıb.
Qeyd edək ki, “Fənərbaxça” bu oyunda 2:1 hesabı ilə qalib gəlib.