''Fənərbaxça'nın bu qədər yaxşı oynadığını görməmişdim'

12:48 05.04.2013
1084

“Latsio”nun baş məşqçisi Vladimir Petkoviç Avroliqanın 1/4 finalında “Fənərbaxça”ya 0:2 hesabı ilə uduzduqları oyunla bağlı fikirlərini bildirib.O, məğlub olmalarına baxmayaraq, yaxşı oyun nümayiş etdirdiklərin deyib: “Qol vəziyyətləri yaradaraq rəqimizə çətinliklər yaşatdıq. Azlıqda qalmağımız işimizi çətinləşdirdi. İkinci qolu buraxmaya bilərdik. “Fənərbaxça”nın bu qədər yaxşı oynadığını görməmişdim”.

Tərcübəli mütəxəssis cavab qarşılaşması haqqında da danışıb: “ İlk matçı səfərdə oynadığımız üçün çətinlik çəkdik. Ancaq öz evimizdə rəqibə qalib gələ bilərik. Futbolçularımın bu məğlubiyyətin əvəzini çıxacağına inanıram". //qol.az

OXŞAR XƏBƏRLƏR