'Fənərbaxça'nın futbolçusunun cəzası yüngülləşdirildi

İDMAN
09:11 28.12.2012
1296

Türkiyə Futbol Federasiyası (TFF) tərəfindən 12 oyunluq cərimələnən "Fənərbaxça" klubunun yarımmüdafiəçisi Raul Meyreleşin cəzası yüngülləşdirilib.

Portuqaliya futbolçunun cəzası 12 matçdan4 oyuna endirilib.

Superliqanın "Qalatasaray"la matçında (1:2) baş hakim Halis Özkahyanın üzünə tüpürmədiyi sübuta yetirilən Meyreleş cəzası 4 oyuna endirilərkən futbolçunun referiyə kəskin etiraz etməsi səbəbindən təcrübəliyarımmüdafiəçiyə daha bir oyun cərimə kəsilib. Belədə, Meyreleş qarşıdakı 5 oyunda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Meyreleş "Qalatasaray"la matçın 82-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydan qovulmuşdu.//qol.az

OXŞAR XƏBƏRLƏR