“Fənərbaxça” klubunun baş məşqçisi Aykut Kocaman UEFA Avropa Liqasında bu gün qarşılaşacaqları “Marsel”lə oyunqabağı mətbuat konfransı keçirib.AZXEBER.COM-un məlumatına görə, Kocaman bugünkü matçda hədəflərinin rəqibdən xal alaraq qrupu lider kimi tamamlamaq olduğunu deyib:“Marsel”lə Türkiyədəki ilk oyun çətin idi. Çünki ölkə çempionatında vəziyyətimizi yaxşı saymaq olmazdı və bu istər-istəməz bizə problem yaradırdı. İndi isə tam oturuşmuş komanda olaraq “Marsel”in önünə çıxacağıq. Öz meydanında oynamağı rəqibin üstünlüyüdür".