“Çaykur Rizəspor”la oyundan sonra hava limanına yollanan "Fənərbaxça”nın avtobusuna silahlı basqın zamanı sürücü yaralanmışdı.Bu dəfə cinayətkar qrupu İstanbul klubunun Ankaradakı filialıni darmadağın edib.Ofisin şüşələrini sındıraraq içəri daxil olan xuliqanlar kompyuterləri sıradan çıxarıb və digər məişət əşyalarını da qırıblar.Mühafizə orqanları dərhal əməliyyata başlayaraq klubun ofisinə basqın edən şəxlərin kimliyini araşdırır.