'Fənərbaxça'nın ulduz futbolçusu xəstəxanalıq oldu

İDMAN
09:14 09.01.2013
1595
Türkiyənin “Fənərbaxça” klubunun təcrübəli oyunçusu Mehmet Topal Belçikanın “Genk” klubu ilə yoldaşlıq oyununda başından aldığı zərbədən sonra xəstəxanalıq olub. AZXEBER.COM-un "Milliyet"ə istinadən verdiyi məlumata görə, ulduz futbolçunun beyin travması aldığı bildirilir. O, oyun zamanı huşunu itirib.Yayılan rəsmi açıqlamada bildirilir ki, bir anlıq huşunu itirən Mehmet Topal sonradan özünə gəlsə də, xəstəxanaya aparılıb. Türkiyə millisinin oyunçusunun beyninin tomoqrafiyasının çəkiləcəyi açıqlanıb.

OXŞAR XƏBƏRLƏR