'Fənərbaxça'ya daha bir hollandiyalı futbolçu

İDMAN
09:34 31.12.2012
1491

Qışda heyətini gücləndirməyi planlaşdıran Türkiyənin "Fənərbaxça" klubu növbəti transfer hədəfini açıqlayıb.

İstanbul təmsilçisi "Everton"un müdafiəçisi Conni Heytinqaya "elçi" düşüb.

"Everton"un heyətində əsas heyətdən kənarda qalan hollandiyalı futbolçu da komandadan ayrılmaq istədiyini bildirib. Heytinqanın meneceri Rob Yansen futbolçuya gələcək təklifləri müsbət dəyərləndirəcəklərini deyib:

"Heytinqa əsas heyətdən kənarda qaldığı üçün Liverpuldaxoşbəxt deyil. O da özünə yeni komanda axtarır. Əgər yeni təkliflər alsaq, bunu maksimum dəyərləndirəcəyik".//qol.az

OXŞAR XƏBƏRLƏR