Fərda boşanması haqda danışdı: "Övladlarıma xatir..."

Fərda boşanması haqda danışdı: "Övladlarıma xatir..."
MAQAZİN
17:52 13.05.2019
3478
Aktyor Fərda Xudaverdiyev ilk dəfə boşanması haqda danışıb. 
 
AZXEBER.COM xəbər verir ki, "Atv Maqazin 10larla" verilişinə açıqlama verən yumor ustası ayrılığın günahını özündə gördüyünü deyib. 
 
"Ailənin dağılmağında və birləşməyində ən böyük rolu xoşbəxtlik oynayır. Tam xoşbəxt olmayanda başlayırsan vurnuxmağa, ona görə də vaxtında bitirmək lazımdı. Övladlarımın xətrinə bitirməli idim. Bir evin altında övladlarımı elə görmək istəmirdim." 
 
Fərda qazancının çox hissəsini ilk ailəsindən olan övladlara xərclədiyini deyib. 
 
"Bugünki, gündə aliment 154 AZN-dir, amma mən isə 500-600 azn pul ayırıram. Qazancımın 70%-ni onlara verirəm. Övladlarım məndən xahiş etməmişdir ki, dünyaya gətir. Əgər mənim övladımdırsa, yaxşı yaşamalıdır".
 
Qeyd edək ki, Fərda Xudaverdiyev ilk ailəsi ilə qalmaqallı bir şəkildə yollarını ayırıb. 
 
Nazim Qasımzadə 
OXŞAR XƏBƏRLƏR