Fərda konsert verməyə getdi, dələduzların hədəfi oldu

Fərda konsert verməyə getdi, dələduzların hədəfi oldu
MAQAZİN
18:24 17.02.2026
368
Aktyor Fərda Xudaverdiyev Rusiyada dələduzların hədəfi olduğunu deyib.

AZXEBER.COM xəbər verir ki, aktyor bir neçə il öncə başına gələnləri "İzzət şou"da izləyicilər ilə bölüşüb.
 
Aktyor Elməddin Cəfərovla birlikdə Tumendən konsert təklifi aldıqlarını deyən Fərda, konsert adı ilə gedib, aldadılmasının hekayəsini danışıb:

"Bizi bir qapısı başqa rəng olan "06" maşınla qarşıladılar. Bir maşında 8 nəfər oturduq getdik. Bizi apardılar yataqxanaya, bir otaqda 8 adam qaldıq. Bizi orada aparırlar yeməyə, bu təşkilatçı adam da yanımızda. Elə bilirik ki, hər şeyi bu edir. Konsert verdik, konsertdən sonra gəldik ki, pulumuzu verin. Dedilər, həmin adam qaçıb getdi. Qaldıq orada küçədə. Başqa bir azərbaycanlı bəy bizə qalmağa yer verdi, biletimizi aldı, cibimizə də pul qoyub Bakıya yola saldı".
OXŞAR XƏBƏRLƏR