Fərəc Quliyev ATƏT-ə etiraz etdi

SİYASƏT
17:35 07.05.2013
2234
Bu gün ATƏT parlament assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi cənab Joao Soaresin Azərbaycana səfəri zamanı bir sıra partiya rəhbərləri və təmsilçiləri-Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Ümid Partiyasının sədri İqbal Ağazadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı və hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı ilə görüşü olmuşdur.Görüşdə Cənab Antonio Kuto dos Santos, Millət vəkili (Portuqaliya), Xanım Nuno Peyçşo, ATƏT PA-da Portuqaliya nümayəndə heyətinin katibi, Xanım Tina Şon, ATƏT PA-nın nümayəndəsi və ATƏT Bakı ofisinin rəhbəri Koray Taragay da iştirak edirdi.Görüş zamanı MDHP sədri Fərəc Quliyev çıxışında bildirdi ki, Azərbaycandakı bugünkü durum qənaətbəxş sayıla bilməz və bu təkcə Azərbaycanın iradəsindən asılı deyil. ATƏT-in Dağlıq Qarabağ problemi ilə bağlı fəaliyyətsizliyi və müəyyən etdiyi istiqamətlər müsbət heçnə vəd etmir. Dağlıq Qarabağ problemi təkcə Azərbaycanın problemi deyil və regionda həm demokratiyanın üstün vəziyyətə gətirilməsi həm də təhlükəsizlik üçün təhdiddir. ATƏT əməkdaşlıq və təhlükəsizlik təşkilatıdır. Amma görünən odur ki, ATƏT-i yalnız müəyyən çərçivədə əməkdaşlıq düşündürür və təhlükəsizlik isə göz ardına verilir. Belə yanaşma Qafqaz evinin qurulmasını istəməyən Rusiyanın maraqlarına uyğundur. Bu münaqişədə “tərəflər razılığa gəlsin bizdə bu razılığı tanıyarıq” yanaşması ATƏT-in Minsk qrupu tərəfindən təklif olunur ki, bu da yalnışdır.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb