Fərəc Quliyev deputatlığa namizəd olacaq? - AÇIQLAMA

Fərəc Quliyev deputatlığa namizəd olacaq? - AÇIQLAMA
SOSİAL
14:04 17.07.2024
174
"1 sentyabr - Növbədənkənar Parlament seçkiləriylə əlaqədar 30 iyun tarixində Milli Dirçəliş Hərəkatı (MDH) partiyasının iclası keçirilib".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında "Milli Dirçəliş Hərəkatı" partiyasının sədri, sabiq deputat Fərəc Quliyev Parlament seçkilərində iştirak edəcəyinə münasibət bildirərkən deyib.
 
Partiya sədri bildirib ki, partiyanın yığıncağında aşağıdakı məsələlər gündəliyə qoyulub:
 
"Partiyanın ümumi yığıncağında 1 sentyabr 2024-cü il tarixli Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə iştirakı ilə bağlı məsələ önə çıxarılıb. İkinci məsələ olaraq MDH-ni seçkilərdə təmsil edəcək səlahiyyətli nümayəndələr, o cümlədən maliyyə məsələləri üzrə iştirak edəcək nümayəndələri təyin edilib. Bundan əlavə, Milli Dirçəliş Hərəkatı (MDH) partiyasının yeddinci çağırış Parlament seçkilərində irəli sürüləcək namizədlərinin ilkin siyahısı təsdiq olunub. İclasın sonunda MDH seçki qərargahı yaradılıb".

F.Quliyev əlavə edib ki, siyasi partiyaların ölkədə keçirilən bütün seçkilərdə iştirakı vacibdir:
 
"1 sentyabrda keçiriləcək Parlament seçkilərində "Milli Dirçəliş Hərəkatı" Partiyasının iştirak etməsi partiyanın fəaliyyəti və qanunverici orqanın formalaşdırılması baxımından çox önəmlidir və milli düşüncənin parlamentə daşınmasının əhəmiyyəti xüsusi istəklərimizdən biridir".

Sabiq deputat Parlament seçkilərində hansı seçki dairəsindən namizədliyini irəli sürəcəyi barədə mövzuya da toxunaraq bunun hələ ki, bəlli olmadığını deyib:
  
"Hazırda mənim hansı seçki dairəsindən namizəd olacağım barədə fikir mübadiləsi aparılır. Qərarım bəlli deyil".
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR