Fərəh Əliyevaya yüksək vəzifə verildi

Fərəh Əliyevaya yüksək vəzifə verildi
SOSİAL
15:25 23.07.2024
613
Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Müşahidə Şurasının tərkibi təsdiq edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Müşahidə Şurasının sədri təyin edilib.

Müşahidə Şurasının üzvləri aşağıdakılardır:

Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini

İdris İsayev – Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini

Azər Bayramov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Anar Kərimov – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.
OXŞAR XƏBƏRLƏR