Fərəh Samirə qızı polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, məsələ ictimai platformada səsləndirilən və geniş narazılığa səbəb olan ifadələrlə bağlı araşdırma çərçivəsində hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb. Yayılan videolarda səsləndirilən sözlər cəmiyyətdə ciddi müzakirələr doğurmuşdu.
Qeyd edək ki, ictimai yerlərdə və sosial şəbəkələrdə etik çərçivələri aşan ifadələr qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət yarada bilər. Hadisə ilə bağlı araşdırmanın davam etdiyi bildirilir.
Fərəhin saxlanılması haqda ilk xəbəri xususi.tv yayımlayıb.










































