xari

Fərhad Əhmədov: “Mübariz Mənsimov onu böyük biznesmen edənlərə qarşı çıxdı”

SOSİAL
16:05 23.05.2020
9406
"Mənə dəfələrlə bu sualla müraciət ediblər ki, nəyə görə Mübariz Mənsimovun ətrafındakı situasiya ilə bağlı susuram”.

Bunu keçmiş Rusiya senatoru, Azərbaycan əsilli iş adamı Fərhad Əhmədov özünün "Facebook” səhifəsində yazıb.

Xatırladaq ki, Mübariz Mənsimov bu ilin martında İstanbulda həbs olunub. O, fətullahçı terror təşkilatı - FETÖ ilə əlaqələrdə ittiham olunur. KİV-lər dəfələrlə Əhmədov və Mənsimov arasında dostluq münasibətlərinin olduğunu yazıblar. Məhz bu baxımdan iş adamının bu statusu ictimaiyyət üçün maraq doğurmalıdır və bunu nəzərə alaraq, F.Əhmədovun şərhini oxuculara çatdırırıq.

"Dərhal cavab verirəm ki, susmuram. Mən onun məsələsi ilə bağlı Türkiyəyə ən yüksək səviyyədə müraciət etmişəm. Lakin hamı başa düşməlidir ki, bu, onların ölkəsidir, onların məhkəməsidir. Mən dəqiq bilirəm ki, bu məsələdə həm publiklik, həm istintaqın gedişinə və məhkəmənin qərarına hansısa formada təsir göstərmə cəhdi, xüsusən də prezidentin mövqeyinə təsir göstərmək cəhdi ancaq əks effekt verə bilər.

Mən bunu başqalarından daha yaxşı bilirəm. Son illərdə şəxsən iki dəfə Rusiya ilə Türkiyə arasında problemlərin "yoluna qoyulmasında” iştirak etmişəm, o cümlədən, sonuncu dəfə beş ay əvvəl.

Mən onun şirkətinin spesifik fəaliyyəti ilə tanış deyiləm, ona görə də ancaq bildiyimi deyə bilərəm. O, uzun illər ərzində öz biznesini üç dostu ilə qarşılıqlı əlaqə şəraitində qurdu. Onlardan birini mən yaxından tanıyıram və yeri gəlmişkən, Mübariz ona hörmət əlaməti olaraq "dayı” deyərdi. Bizi də o tanış edib. Lakin son vaxtlar Mübariz hamı ilə münaqişəyə girdi, sayəsində iri biznesmenə çevrildiyi adamlara qarşı çıxdı, axı onlarsız, təkbaşına o, tanker donanması qura bilməzdi. Necə deyərlər, "Pozma, dostla, yoldaşla təması, yaman olar onun davası”.

F.Əhmədov daha sonra yazır ki, dörd ay əvvəl Mübariz Mənsimov kömək üçün ona müraciət edib.

"Mən bacardığımı elədim, amma şərt qoydum ki, o, publik olaraq öz partnyorları qarşısında üzr istəsin. O razılaşdı, amma sonra nə oldusa, oldu. Məni narahat edən odur ki, Mübarizə qarşı dörd əsas şahid nəinki onun şirkətinin rəhbərləridir, eləcə də, onun yaxın dostlarıdır. Nə baş verib? O, öz əməkdaşları və dostlarının etimadını itirib? Lakin həbsdə olanlar və rəhmətə gedənlər haqda ya danışmırıq, ya ancaq yaxşı şeylər danışırıq.

Onun keçmiş əməkdaşları və dostları, mənə məlum olduğuna görə, Mübarizin terrorçularla əlaqələri barədə danışıblar. Onun hansısa radikal təşkilatlarla əlaqələri barədə heç nə deyə bilmərəm.

Mənim yanımda o, belə söhbətlər aparmayıb və heç vaxt Fətullah Gülənin adını çəkməyib. Əksinə, o, mənə həmişə deyirdi ki, Ərdoğanın tərəfdarıdır. Mən həqiqətin və ədalətin gücünə inanıram. Zaman  hər şeyi öz yoluna qoyacaq. Ona görə də istintaqın və məhkəmənin nəticəsini gözləyək”, - Fərhad Əhmədov  yazır. 
Mənbə: Virtualorg.az

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:02 13.04.2021

Azərbaycanda prokurorluq işçilərinin maaşları iki dəfə artırılır

23:51 12.04.2021

DİN: Ötən dövrdə 1 321 nəfər azad edilmiş ərazilərə qanunsuz keçməyə cəhd göstərib

23:22 12.04.2021

Pirlodan Ronaldunun son hərəkətinə reaksiya: “Bu, təbiidir”

23:04 12.04.2021

Türkiyədə koronavirusa yoluxanların əksəriyyəti "Britaniya ştammı"dır

22:34 12.04.2021

Daha bir məktəbdə müəllimlər koronavirusa yoluxdu, distant təhsilə keçildi

22:13 12.04.2021

Kanadada koronavirusdan ölənlərin sayında kəskin artım müşahidə olunur

22:10 12.04.2021

Gürcüstanın baş naziri ölkə müsəlmanlarını təbrik edib

21:42 12.04.2021

Rusiya Türkiyə ilə hava əlaqələrini dayandırır

21:32 12.04.2021

İran Aİ ilə terrorizm sahəsində əməkdaşlığı dayandırır

21:24 12.04.2021

Həkim: “Vaksinasiya faydalı işdir və ona can atmaq lazımdır”

21:13 12.04.2021

Litvanın XİN başçısı Azərbaycana səfər edəcək

21:08 12.04.2021

Aynur Bağırova Moskva toylarından danışdı: “Pul üstündə gedən davaları görərdiniz” - VİDEO

21:00 12.04.2021

Kürdəmirdə toy məclisi təşkil edənlər cərimələndi

20:47 12.04.2021

Zərdabda iki məktəb infeksiya səbəbindən onlayn təhsilə keçib

20:40 12.04.2021

“Albert Rıjıy” “Lotu Quli”nin qətlinin sifarişçisi olduğu üçün öldürülüb? – İDDİA

20:30 12.04.2021

PSJ "Bavariya"ya qarşı oyuna ağır itki ilə çıxır