Fərhad Məmmədov: “Ərəb ölkələri məkanında dövlətlərin ənənəvi birliyi pozulub”

SİYASƏT
12:00 07.11.2013
1040

“Ərəb baharı” II Dünya müharibəsindən sonra ölkələrin sərhədlərinin dəyişdirilməsi ilə nəticələnə biləcək prosesdir.

AZXEBER.COM xəbər verir ki, bunu Strateji Araşdırmalar Mərkəzinin (SAM) icraçı direktoruFərhad Məmmədov“Ərəb ölkələri son dəyişikliklərdən sonra: sosial, iqtisadi və siyasi proseslər” adlı beynəlxalq konfransın açılışı zamanı tədbirdə çıxışı zamanı deyib:“Dövlət quruculuğuna yeni baxış formalaşıb. Bu məkanda dövlətlərin ənənəvi birliyi pozulub, yeni koalisiyalar yaranır”.O bildirib ki, bu proseslərin Cənubi Qafqaz regionuna da təsiri mövcuddur. Din sərhəd tanımadığı üçün müxtəlif radikal dini cərəyanlar bizdən də yan keçmir.F.Məmmədov deyib ki, ABŞ, Avropa İttifaqı ölkələri və “ərəb baharı”nın olduğu ölkələrdən müxtəlif nümayəndələr dəvət etmişik ki, prosesləri həm daxildən, həm də həmin proseslərdə iştirak edən ölkələr baxımından müzakirə edək. Bu müzakirələr gələn il nəşr olunacaq.O sözlərinə əlavə edib ki, informasiya təminatı çox vacib məsələdir:“Müxtəlif ölkələr tərəfindən bu proses haqqında tamam fərqli, bir-birinə zidd informasiyalar yayılır. Bu baxımdan ilk mənbədən olan informasiyalar prosesin anlaşılmasında maraqlı olacaq. Həmçinin, burdakı təşkilatlarla gələcək əməkdaşlığımızı müzakirə edə biləcəyik”.

OXŞAR XƏBƏRLƏR