Fərhad Məmmədov: Qərəzli mövqelər Azərbaycan həqiqətlərinə kölgə sala bilməz - Yurd TV

SİYASƏT
15:20 22.10.2013
1741

Ölkəmiz barədə bəzi dövlətlərin qərəzli hesabatlarına qarşı Azərbaycan dövləti və hökumətinin artıq immuniteti formalaşıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov Yurd TV-yə Azərbaycanda prezident seçkiləri öncəsi bəzi ölkələrin beyin mərkəzlərinin hazırladıqları qərəzli hesabatlara münasibət bildirərkən deyib.Onun sözlərinə görə, əvvəllər bu cür reaksiyaların emosionallıq dərəcəsi yüksək olsa da, indi artıq belə hesabatlar Azərbaycana qarşı hər hansı təsir mexanizmi kimi istifadə olunmur:“Bu cür qərəzli mövqelər Azərbaycan həqiqətlərinə kölgə sala bilməz. Azərbaycanın öz yolu var və bu yolda inamla addımlayır”.SAM direktoru xatırladıb ki, bu cür qərəzli hesabatlar ilk növbədə “Human Right Watch”, “Freedom House” və digər bu səpkidə olan qurumların hesabatlardır ki, onlar öz metodologiyasını illərdir ki, dəyişmirlər.“Burada ilk növbədə qərəz Azərbaycanda gedən proseslərin ardıcıllığını görməməkdir:“Məsələn, hamı anlayır ki, müasir dünyada iqtisadi inkişafa nail olmaq demokratiyanı inkişaf etdirmədən mümkün deyil. Necə olur ki, bu paradiqmanı, sxemi, mexanizmi qəbul edən təşkilatlar Azərbaycanda iqtisadi inkişaf getdiyi bir dövrdə demokratiyanın inkişaf etmədiyini bildirirlər. Bu bir təzaddır”, - SAM direktoru bildirib.Onun sözlərinə görə, bu təşkilatlar öz hesabatlarını Azərbaycana gəlmədən, burada cərəyan edən prosesləri izləmədən, ölkədə bəzi xüsusi siyasi dairələrin onlara verdiyi məlumat əsasında hazırlayırlar. Bununla yanaşı, bir çox nüfuzlu beyin mərkəzləri Azərbaycanın iqtisadi inkişafı, dünyada artan rolu barədə tamamilə fərqli fikirdədirlər.SAM direktoru deyib ki, Azərbaycan haqqında doğru, obyektiv informasiyaların yayıldığı hesabatların çap versiyası hazırlanaraq kütləviləşdiriləcək:“Heç bir dövlət Azərbaycan tərəfindən buna qarşı təhdidin olmasını görmür. Digər tərəfdən Azərbaycan inkişafa istiqamətlənib və bu, beyin mərkəzlərinin hesabatlarında da var. Azərbaycan neftdən gələn gəlirlərini və gələcəkdə qazdan gələcək gəlirlərini qeyri-neft sektorunun inkişafına yönəldir.Azərbaycanda korrupsiyaya qarşı mübarizə bu hesabatlarda çox geniş işıqlandırılıb. Düşünürəm ki, bu hesabatlar Azərbaycanla bağlı gələcək tədqiqatlarda çox güclü istinad bazası formalaşdıracaq. Biz həmin qurumlarla da öz əməkdaşlığımızı genişləndirəcəyik ki, Azərbaycan haqqında doğru-dürüst məlumatlar daha geniş, kütləvi və çap olunmuş versiyada olsun”.Müsahibə ilə bu linkdə tanış olmaq mümkündür:

OXŞAR XƏBƏRLƏR