Ferhat Göçer səhnədə erməni ilə Sarı gəlini ifa etdi (VİDEO)

Ferhat Göçer səhnədə erməni ilə Sarı gəlini ifa etdi (VİDEO)
ŞOU-BİZNES
18:11 23.06.2011
2066

Bu mənada ən çox zərər görən Azərbaycan xalq mahnısı “Sarı gəlin”dir. Ermənilər hər yerdə bu qədim mahnını erməni mahnısı adlandırıb ona uydurma bir izah da verirlər.Ən çox təəssüf doğuran isə budur ki, bəzən qardaş Türkiyədə də “Sarı gəlin” erməni mahnısı kimi təqdim edilir. Bu yaxınlarda Türkiyənin Kanal D televiziyasında “Şeffaf oda” verilişində xarici işlər naziri Əhməd Davudoğlunun hüzurunda aparıcı Güneri Çivaoğlu “Sarı gəlin”i erməni türküsü kimi saxtalaşdırmış, xarici işlər naziri isə buna təbəssümlə cavab vermişdi. Amma bu yeganə belə hal deyil. Türkiyə sənətçilərinin bir çoxu “Sarı gəlin”i erməni türküsü hesab edir. Türkiyənin Diyarbəkir bölgəsində keçirilən konsertlərdən birində Azərbaycanda da çoxlu pərəstişkarı olan tanınmış müğənni Fərhat Göçər Ozan Zilanla “Sarı gəlin”i birlikdə ifa edib. Qeyd edək ki, “Sarı gəlin”i Zilan erməni dilində, F. Göçər isə türk dilində oxuyub.

Xatırladaq ki, Fərhat Göçər 2009-cu ilin mayında Bakıda Heydər Əliyev sarayında konsert proqramı ilə çıxış edib.

OXŞAR XƏBƏRLƏR