Fərid Mansurov Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti təyin edildi

Fərid Mansurov Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti təyin edildi
İDMAN
11:09 02.11.2011
5108
Bir müddət öncə yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi postundan istefa verən Fərid Mansurov yeni vəzifəyə keçib.
Bu barədə Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Əjdər Cəfərov məlumat verib. 
O bildirib ki, AGF prezidenti Fazil Məmmədovun əmri ilə olimpiya və ikiqat dünya çempionu federasiyada gənclər üzrə vitse-prezidenti kimi fəaliyyət göstərəcək: “Fərid Mansurov bir müddət öncə baş məşqçi postundan öz ərizəsi ilə istefa vermişdi. Onun əldə etdiyi nailiyyətlərin Azərbaycanın idman tarixində özünəməxsus yeri var. İstefa verərkən belə, o, güləşin inkişafı üçün əlindən gələni etməyə hazır olduğunu bildirmişdi. AGF rəhbərliyi də Fərid Mansurovun güləşin gənclər arasında daha geniş təbliğinə və bu idman növünün gələcək inkişafına öz bilik və bacarığını sərf etməsi üçün bu addımı atıb”.
Xatırladaq ki, Mansurov 2 ay öncə İstanbulda başa çatan dünya çempionatından sonra baş məşqçi postundan ayrılmışdı.
OXŞAR XƏBƏRLƏR