Avropa Liqasının qrup mərhələsinin III turunun "Bayer” - "Qarabağ” matçını stadiondan izləyənlər arasında gənclər və idman naziri Fərid Qayıbov da var.
Bu barədə nazir "Facebook” hesabında paylaşım edib.
Stadiondan foto paylaşan F.Qayıbov "Haydi "Qarabağ” FK”, - deyə paylaşımda qeyd edib.
Onu müavini Mariana Vasileva ilə nazirliyin idman şöbəsinin müdiri Elnur Məmmədli müşayiət edirlər.