Fərid Şahbazlı avropalı qonaqla görüşüb-FOTOLAR

GƏNCLİK
19:59 26.07.2012
1858

Bu gün “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Azərbaycanda səfərdə olan Avropa Gənclər Parlamentinin Berlindəki Baş ofisinin İdarə Heyətinin üzvü, Kinqstone Universitetinin professoru Dr. Alan Floverle görüşüb.

Kifayət qədər səmimi və işgüzar mühitdə baş tutan görüşdə Azərbaycanda gənclər sektorunun vəziyyəti əsas müzakirə mövzusu olub. Rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən söhbət açan F.Şahbazlı “İslahatçı Gənclər” İB-nin ölkəmizin ən fəal və strukturlaşmış gənclər birliklərindən biri olduğunu qeyd edib. Təşkilat sədri vurğulayıb ki, bu gün ölkəmizdə prezident İlham Əliyevin rəhbərliyi altında olduqca uğurlu dövlət gənclər siyasəti həyata keçirilir və bütün gənclər bu siyasətdən faydalanmaq imkanına sahibdir.

Dr. Alan Flover isə çıxışında təmsil etdiyi Avropa Gənclər Parlamentinin fəaliyyətindən, təməl prinsiplərindən söhbət açıb. Avropalı qonaq qeyd edib ki, Avropa Gənclər Parlamenti 16-20 yaşlı gənc liderləri əhatə edən təhsil layihəsidir və demokratik dəyərləri təbliğ edir.Daha sonra Azərbaycanda yeni yaradılan Gənclər Parlamenti layihəsi qonaqla F.Şahbazlı arasında ciddi müzakirə mövzusuna çevrilib.Sonda Fərid Şahbazlı “İslahatçı Gənclər” İctimai Birliyi olaraq, Avropa Gənclər Parlamentinin müxtəlif ölkələrdəki təmsilçilərini Azərbaycana səfərə, ölkəmizdə həyata keçirilən islahatlarla tanış olmağa dəvət edib.

OXŞAR XƏBƏRLƏR