Fərid Şahbazlı: 'Azərbaycana təzyiq cəhdləri heç bir nəticə verməyəcək'

Fərid Şahbazlı:
SİYASƏT
21:31 20.03.2015
1445

"Bakı Avropa Oyunları möhtəşəm idman bayramı kimi tarixə düşəcək"

"Azərbaycan Bakıda keçiriləcək I Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək və bu oyunlar möhtəşəm idman bayramı kimi tarixə düşəcək. Avropa Oyunları öncəsi ölkəmizdə düşmən mövqedə olan xarici dairələrin və onların yerli havadarlarının Azərbaycana təzyiq cəhdləri, boykot çağırışları heç bir nəticə verməyəcək. Azərbaycana düşmən mövqedə olan xarici QHT-lərin təxribatçı əməllərinə dəstək verən ölkəmizdəki bəzi kiçik qruplar anlamalıdırlar ki, onların bu fəaliyyəti birbaşa dövlətimizə və xalqımıza qarşı yönəlib"

Bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin (İGİB) sədri Fərid Şahbazlı bəzi beynəlxalq təşkilatların bu il ölkəmizdə keçiriləcək I Avropa Oyunları ərəfəsində tutduqları qərəzli mövqeyə münasibət bildirərkən deyib.

Fərid Şahbazlı bildirib ki, Azərbaycanın hər ötən gün dünyada nüfuzunun yüksəlməsi və cərəyan edən proseslərə təsir gücünün artması bir sıra beynəlxalq dairələri ciddi şəkildə narahat edir: “Bu qüvvələr ölkəmizin müstəqil xarici siyasət yürütməsini həzm edə bilmir və belə subyektiv mülahizələrə əsaslanan qətnamələrlə Azərbaycana təzyiq etmək istəyirlər. Ölkəmizdə qanunun aliliyi, insan hüquq və azadlıqlarının qorunması, ifadə və sərbəst toplaşmaq azadlığı və məhkəmə sisteminin müstəqilliyi tam şəkildə təmin olunub. Belə uydurma hesabatlarla Azərbaycana təzyiq etmək, onun müstəqil siyasət həyata keçirməkdən çəkindirmək cəhdləri yenilik deyil. Ancaq, bu qurumlar anlamalıdırlar ki, Azərbaycanla təhdid dilində danışmaq yolverilməzdir və bu prosesdən itirən yalnız Avropa olacaq. Çünki bütün dünya, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanda sürətlə reallaşdırılan siyasi-iqtisadi islahatları görür və təqdir edirlər".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Nəriman Həsənzadə Fəxri xiyabanda uyumağa layiq şəxsiyyət idi" - Qəzənfər Paşayev
13:09 02.08.2026
"Nəriman Həsənzadə Fəxri xiyabanda uyumağa layiq şəxsiyyət idi" - Qəzənfər Paşayev
Sabah hava necə olacaq?
12:55 02.08.2026
Sabah hava necə olacaq?
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
12:48 02.08.2026
"Nəriman Həsənzadə təpədən dırnağa qədər şair idi" - İsa Həbibbəyli
Nəriman Həsənzadə dəfn olundu -  VIDEO - FOTOLAR
12:34 02.08.2026
Nəriman Həsənzadə dəfn olundu - VIDEO - FOTOLAR
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
12:30 02.08.2026
Şairə Cığatel Nəriman Həsənzadənin dəfnində göz yaşlarını saxlaya bilmədi - VİDEO
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu
12:24 02.08.2026
"Nəriman Həsənzadənin vəfatı bir dövrün başa çatması deməkdir" - Orxan Fikrətoğlu
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid
12:16 02.08.2026
"Nəriman Həsənzadənin şeirləri gələcək nəsillər üçün örnək olacaq" - Rəşad Məcid
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
12:07 02.08.2026
“Azərbaycan böyük şairini itirdi” – Vahid Əziz Nəriman Həsənzadədən danışdı - VIDEO
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
12:04 02.08.2026
“Səmimiyyətin meyarı Nəriman Həsənzadə idi” – Səməd Seyidov - VIDEO
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO
12:00 02.08.2026
Murad Dadaşov Nəriman Həsənzadədən danışdı: “Bu gün böyük bir ağsaqqalı itirdik” - VIDEO
“Atam bizə görə başqa qadını evimizə gətirmədi” – Nəriman Həsənzadənin oğlu - VIDEO
11:55 02.08.2026
“Atam bizə görə başqa qadını evimizə gətirmədi” – Nəriman Həsənzadənin oğlu - VIDEO
Nəriman Həsənzadə ilə vida mərasimində onlar iştirak etdilər - FOTOLAR
11:49 02.08.2026
Nəriman Həsənzadə ilə vida mərasimində onlar iştirak etdilər - FOTOLAR
Bürclər "zəif tərəflərini" necə gücə çevirə bilər?
11:42 02.08.2026
Bürclər "zəif tərəflərini" necə gücə çevirə bilər?
Paşinyan istefa verdi
11:23 02.08.2026
Paşinyan istefa verdi
Prezident və xanımı vida mərasiminə əklil göndərdi - FOTO
11:03 02.08.2026
Prezident və xanımı vida mərasiminə əklil göndərdi - FOTO
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir - FOTOLAR
11:01 02.08.2026
Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir - FOTOLAR