Fərid Şahbazlı: Azərbaycanın WUF13-ə ev sahibliyi etməsi təsadüfi deyil

Fərid Şahbazlı: Azərbaycanın WUF13-ə ev sahibliyi etməsi təsadüfi deyil
SİYASƏT
17:41 21.05.2026
615
"Azərbaycanın WUF13-ə ev sahibliyi etməsi təsadüfi deyil. Ölkədə artıq bir sıra istiqamətlər üzrə müasir şəhərsalma işləri həyata keçirilib. "Smart city” anlayışı insanları anlayan və onların ehtiyaclarına uyğun formalaşan şəhər modeli deməkdir. Azərbaycan bu sahədə özünü sübut etməkdədir".

Bunu AZXEBER.COM-a açıqlamasında "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində keçirilən "Dayanıqlı Şəhərsalma: Azərbaycan və Avropa Təcrübəsi” mövzusunda təşkil olunan konfrans zamanı deyib.

O bildirib ki, WUF13 Azərbaycanın inkişaf modelinin qlobal miqyasda təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır:

"Azərbaycan WUF13 vasitəsilə beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən ölkələr sırasında növbəti dəfə öz imzasını atdı. Forum həm ölkənin şəhərsalma sahəsində qazandığı nailiyyətlərin nümayişi, həm də beynəlxalq əməkdaşlığın genişlənməsi baxımından xüsusi önəm daşıyır”.

Şahanə
OXŞAR XƏBƏRLƏR