Fərid Şahbazlı: “Erməni konyakından içib “məsti-xumar” olan fransızlar bunu gözləmirdilər”

Fərid Şahbazlı: “Erməni konyakından içib “məsti-xumar” olan fransızlar bunu gözləmirdilər”
SİYASƏT
20:45 27.12.2023
405
"Azərbaycanda Fransanın casus şəbəkəsinin ifşa edilməsi bütün dünyada geniş əks-səda doğurub. Bu gün Rusiyanın, eləcə də Avropanın ən nüfuzlu mətbu orqanları bu xəbəri manşetə daşıyıblar.

Bu hadisə özünü "demokratiyanın beşiyi” adlandıran Fransanın özündə də böyük çaşqınlıq yaradıb.

Afrikadan tutmuş Latın Amerikasına, Asiyadan tutmuş Okeaniyiya qədər "əli uzanan” qədim bir dövlətin casus şəbəkəsinin Azərbaycan tərəfindən aşkar edilməsi Parisi şok edib”.

Bu sözləri "İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.
 
Onun sözlərinə görə, "erməni konyakı”ndan içib "məsti-xumar” olan fransızlar bunu gözləmirdilər: "Halbuki, Azərbaycan, milli təhlükəsizliyimizi təhdid edən bu xain şəbəkənin izinə çoxdan düşmüşdü.

Artıq "dəfn edilmiş” ATƏT-in Minsk qrupu çərçivəsində, daha sonra 44 günlük Vətən müharibəsi dövründə Fransanın Azərbaycanla bağlı tutduğu mövqe bu "jandarm-dövlət”in nələrsə "qaynatdığına” şübhə yeri qoymurdu. Ermənistanın biabırçı məğlubiyyətindən sonra bu ölkəyə göstərilən silah-sursat yardımları, beynəlxalq platformalarda antiazərbaycan ritorikası, İrəvanı yeni müharibəyə təhrik edən çağırışlar və s. məhz bundan xəbər verirdi. Ən son olaraq noyabrın 15-də Fransa Senatında, noyabrın 30-da isə Milli Assambleyada "yekdilliklə” Ermənistanı dəstəkləyən qətnamənin və Azərbaycana qarşı sanksiyaların tətbiqi təklifinin qəbul edilməsi xəyanətin pik nöqtəsi oldu.

Azərbaycan diplomatiya ədəbinə uyğun olaraq Fransaya bir neçə dəfə xəbərdarlıq etdi, onun beynəlxalq hüquqa, BMT qətnamələrinə uyğun olmayan antiazərbaycan mövqeyindən əl çəkməyə çağırdı”. F.Şahbazlı bildirib ki, Azərbaycan demokratiyadan, haqq-ədalətdən və insan haqlarından dəm vuran rəsmi Parisin iç üzünü bütün dünyaya göstərdi: ” Bu isə o deməkdir ki, Azərbaycan cənab Ali Baş Komandan İlham Əliyev başda olmaqla, onun suverenliyinə, ərazi bütövlüyünə, siyasi və iqtisadi maraqlarına təhdid olan bütün təhlükələri dəf etmək gücündədir. Biz bu gücü həm müharibə meydanında, həm də diplomatiya cəbhəsində göstərmişdik. Bu dəfə isə Fransa daxil bütün düşmənlərimiz milli təhlükəsizliyimizi qoruyan xüsusi xidmət orqanlarımızın gücünə və qabiliyyətinə şahidlik etməli oldular”

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Adnan Əhmədzadənin həbs müddəti uzadıldı
15:17 13.03.2026
Adnan Əhmədzadənin həbs müddəti uzadıldı
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
14:57 13.03.2026
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
Məşhur fenomenin həbs müddəti uzadıldı
14:52 13.03.2026
Məşhur fenomenin həbs müddəti uzadıldı
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
14:51 13.03.2026
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
14:27 13.03.2026
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
14:09 13.03.2026
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
14:06 13.03.2026
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
13:59 13.03.2026
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
13:57 13.03.2026
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
13:54 13.03.2026
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
13:53 13.03.2026
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
13:44 13.03.2026
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
13:38 13.03.2026
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
13:18 13.03.2026
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
13:13 13.03.2026
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
Bu ailələrə hər ay 422 manat verilir
13:09 13.03.2026
Bu ailələrə hər ay 422 manat verilir