Fərid Şahbazlı: “Volker Türkün mövqeyi beynəlxalq hüququn istismarıdır”

Fərid Şahbazlı: “Volker Türkün mövqeyi beynəlxalq hüququn istismarıdır”
SİYASƏT
14:47 05.03.2025
344
"BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkün BMT-nin İnsan Hüquqları Şurasında səsləndirdiyi fikirlər qərəzli və siyasi motivlidir. Onun Azərbaycan dövlətinə qarşı sərgilədiyi yanaşma beynəlxalq hüquq prinsiplərinə zidd olmaqla, bu qurumun obyektivliyinə və etibarlılığına ciddi zərbə vurur. Volker Türk açıq-aşkar selektiv və ikili standartlara əsaslanan mövqe nümayiş etdirir. Bu, təkcə Azərbaycan üçün deyil, ümumilikdə beynəlxalq hüquq sisteminin legitimliyi üçün təhlükəli presedent yaradır”.

Bu sözləri "İslahatçı Gənclər ” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq hüququn aliliyinə və demokratik dəyərlərə sadiqdir: "Lakin biz görürük ki, bəzi beynəlxalq qurumlar bu prinsipləri məqsədli şəkildə manipulyasiya edərək siyasi təzyiq vasitəsinə çevirirlər. Volker Türkün bəyanatları bunun bariz nümunəsidir. Ali Komissarın suveren bir dövlətin məhkəmə-hüquq sisteminə müdaxilə etməyə çalışması onun mandatına və beynəlxalq hüququn əsas prinsiplərinə açıq hörmətsizlikdir. İnsan hüquqları heç bir dövlətin və ya beynəlxalq təşkilatın geosiyasi maraqlarına xidmət etməməlidir”.

F. Şahbazlı vurğulayıb ki, təəssüf ki, Volker Türk və rəhbərlik etdiyi qurum uzun illər Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinə, 1 milyondan çox insanın etnik təmizləməyə məruz qalmasına, dini və mədəni abidələrin dağıdılmasına, mina terroruna və 4 minə yaxın azərbaycanlının itkin düşməsinə göz yumub. Bu cür faktları görməzdən gələn bir şəxsin obyektivlik iddiası gülüncdür: "Ali Komissar əgər insan hüquqlarını müdafiə edirsə, ilk növbədə Ermənistanın törətdiyi bu ağır cinayətləri pisləməli, itkin düşən azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi üçün real addımlar atmalıdır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
06:52 06.03.2025
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
04:47 06.03.2025
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
03:45 06.03.2025
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
02:40 06.03.2025
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
Papa Fransiskin müalicəsi davam etdirilir
01:35 06.03.2025
Papa Fransiskin müalicəsi davam etdirilir
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
01:12 06.03.2025
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
01:09 06.03.2025
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
00:51 06.03.2025
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
00:34 06.03.2025
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
00:28 06.03.2025
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
23:58 05.03.2025
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
23:37 05.03.2025
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
23:29 05.03.2025
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
23:27 05.03.2025
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
23:23 05.03.2025
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi
23:21 05.03.2025
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi