"Fəridin ölkəmizə qaytarılması cənab Prezidentin vətəndaşına olan diqqətidir" - Deputat

SİYASƏT
15:29 23.01.2025
276
"Ölkəmiz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında müstəqilliyini möhkəmləndirdi. Yeni, güclü Azərbaycan quruldu və Prezident cənab İlham Əliyevin liderliyi, qətiyyəti, uzaqgörənliyi nəticəsində gündən-günə yalnız regionda yox, qlobal arenada nüfuzunu artırır və hətta ölkə başçımız Azərbaycanın Prezidenti kimi yox, eyni zamanda Qoşulmama Hərəkatının sədri dövründə də qlobal lider kimi dünyanın ən böyük ölkələrinin rəhbərlərinin, ən nüfuzlu liderlərinin sırasında yerini möhkəmləndirib. Təbii olaraq hər bir azərbaycanlı bununla qürur duyur".
 
Bu fikirləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov İranda həbsdən azad olunub Azərbaycana gətirilən Fərid Səfərlinin anası Dilarə Əsgərovanın Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etməsinə münasibət bildirərkən deyib.
 
Deputat bildirib ki, Fəridin ölkəmizə qaytarılması Azərbaycan Prezidentinin vətəndaşına münasibətinin bariz nümunəsidir:
 
"Ölkəmizin gücü artdıqca sözlünün kəsəri də artır və bütün sahələrə öz müsbət təsirini göstərir. Bir müddət öncə DTX tərəfindən ölkəmizə qaytarılan azərbaycanlı gənc Fərid Səfərlinin İran məhkəmələrini, hüquq-mühafizə orqanlarının caynağından qurtarılaraq ölkəmizə gətirilməsi ölkə başçısının müstəsna gücünün və səyinin nəticəsidir. Çox böyük uğurdur və bu həm də onu deməyə əsas verir ki, ölkə başçısı, Azərbaycan dövləti hər bir vətəndaşının taleyinə diqqətlə yanaşır, biganə münasibət göstərmir. Həm ölkə gücünün, başçısının nüfuzu belə məsələlərdə çox vacib rol oynayır. Fərid Səfərlinin anası Prezident İlham Əliyevə təşəkkür etdi və onun yaşadığı pis günləri arxada qaldı. Yalnız Fəridin deyil, ümumiyyətlə, digər azərbaycanlıların da hər hansı bir problemi çıxanda dövlət, dövlət başçısı məsələlərə çox həssas və operativ münasibət göstərir. Biz bunu Aktaudakı təyyarə qəzasında da gördük. Həmçinin Azərbaycanda Nürnberq adlandırılan, işğalçılıqla məşğul olan, soyqırımla, digər cinayətlərlə təqsirləndirilən şəxslərin ölkəmizin paytaxtında məhkəməsinin keçirilməsi bir daha ölkəmizin gücünün, nüfuzunun göstəricidir. Düşünürük ki, nüfuzumuz, gücümüz artdıqca hər bir vətəndaşımız dövlətin bu qətiyyətini, siyasətini öz üzərində hiss edir və edəcək".
 
Qeyd edək ki, İranda 2023-cü ildə həbs edilən azərbaycanlı tələbə Fərid Səfərli yanvarın 18-də azad edilib. O, Azərbaycanda casusluğa görə həbs edilən İran vətəndaşı ilə dəyişdirilib.
 
Mikayıl Mirzəzadə

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir