"Mən özüm də Azərbaycan Mədəniyyət və İncəsənət universitetinin məzunuyam və təklif edirəm ki, Fəridin portreti İncəsənət Universitetinə vurulsun" AZXEBER.COM-un məlumatına görə, bu sözləri xalq artisti Faiq Ağayev İTV-də "Eurovision"a həsr olunmuş verilişdə deyib. Faiq Ağayev həmçinin gənc müğənnilərə də Fərid kimi olmağı arzulayıb: Fərid Məmmədov yeni nəsil müğənnilərin necə olması gərəkdiyini göstərdi. Fərid artıq bütün Azərbaycan xalqının övladıdır. Ona arzu edirəm ki, hər zaman sənətiylə ucalsın"