Fermerlərim əməyi istismar edilir - Məhsullar niyə ucuz alınıb, baha satılır?

Fermerlərim əməyi istismar edilir - Məhsullar niyə ucuz alınıb, baha satılır?
İQTİSADİYYAT
13:12 15.10.2025
142
Son vaxtlar kənd təsərrüfatı məhsullarının bazardakı qiymətləri ilə təsərrüfatçılardan alış qiymətləri arasında böyük fərq müşahidə olunur. 

Fermerlər bildirirlər ki, məhsullar onlardan çox ucuz qiymətə alınsa da, satış nöqtələrində, xüsusilə də paytaxt bazarlarında qiymətlər bir neçə dəfə artaraq təqdim olunur. 

İqtisadçı Cəfər İbrahimli AZXEBER.COM-a bildirib ki, bu məsələ ilə bağlı illərdir müzakirələr aparılır:

"Bir çox ölkələrdə eyni proses müşahidə olunur. Bəzi fermerlər məhsulu özləri gətirib pərakəndə şəkildə satmaq istəyirlər. Həmçinin bu yöndə müəyyən təklifləri də var. Bu şəraiti müəyyən yerlərdə yaratmaq mümkündür”.

Ekspert deyib ki, elektron dövlət sistemində hansı fermerin hansı məhsulu əkdiyi və becərdiyi məlumdur:

"Ona görə də rayonlarda pərakəndə satışa dəstək göstərilməsi mümkündür. Amma düşünürəm ki, hazırkı bazar iqtisadiyyatında istehsalçı, topdansatışçı və pərakəndə satış strukturları formalaşmalıdır ki, həmin işlər daha effektiv olsun”.

İqtisadçı vurğulayıb ki, digər tərəfdən, pərakəndə və topdansatışla məşğul olan şirkətlər yaradılmalıdır:

"Digər tərəfdən, pərakəndə və topdansatışla məşğul olan şirkətlər qurulmalıdır. Fermerlərin özlərinin də kooperasiya şəklində birləşməsi gəlirin artmasına böyük təkan verə bilər. Kənd təsərrüfatı məhsullarının emal sənayesinin inkişaf etdirilməsi isə qiymət fərqlərinin qarşısını almağa kömək edər”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR