"Qalatasaray"ın və Uruqvay millisinin qapıçısı Fernando Muslera Türkiyədə bir daha qəlbləri fəth edib.
AzxeberSport xəbər verir ki, 9 ildir "Qalatasaray"ın qapısını qoruyan Muslera Türkiyədə uğurlu performansı ilə həm "sarı-qırmızılılar"ın, həm də digər komandaların sevimlisinə çevrilib. Həm futbol həyatı, həm də qeyri-futbol həyatı ilə diqqət cəlb edən oyunçu İdlibdə şəhid olan ailələrə maddi yardım etməsi ilə örnək hərəkət edi.
Yaxınlarının bildirdiyinə görə, Muslera bir aylıq maaşını şəhid ailələrinə bağışlayıb.
Muslera bu barədə açıqlama vermək istəməsə də, Türkiyə onun bu örnək hərəkəti haqda danışır.