Fernando Muslera yenidən Uruqvay millisinə qayıdıb

Fernando Muslera yenidən Uruqvay millisinə qayıdıb
İDMAN
13:32 24.03.2026
243
Türkiyənin "Qalatasaray" klubunun sabiq qapıçısı Fernando Muslera yenidən Uruqvay millisinə qayıdıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Uruqvay Futbol Federasiyası məlumat yayıb.

Hazırda karyerasını Argentinanın "Estudiantes" klubunda davam etdirən 39 yaşlı qapıçı 2024-cü ildə yığma karyerasını bitirmişdi.

Qeyd edək ki, 2009-cu ildə millidə debüt edən Muslera komandada 133 matça çıxıb. 4 dəfə dünya çempionatı (2010, 2014, 2018, 2022) iştirakçısı olmuş qolkiper 2011-ci ildə Amerika Kubokunun (Copa América) qalibi olub.
OXŞAR XƏBƏRLƏR