"Santuşun millidə nə edəcəyini demək hələ tezdir" - AFFA-nın yeni təyinatı haqqında ŞƏRH

İDMAN
14:05 12.06.2024
295
"Bu təyinatın uğurlu yaxud uğursuz olacağını demək erkəndir. Azərbaycan futbolunun uğur modeli birbaşa bir məşqçinin adıyla bağlı məsələ deyil".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında əməkdar jurnalist, Qol.az saytının baş redaktoru Aydın Bağırov Fernando Santuşun Azərbaycan milli komandasına baş məşqçi təyin edilməsindən danışarkən deyib.
 
İdman mütəxəssisi bildirib ki, Santuşun Azərbaycanda uğur qazanması üçün zaman lazımdır: 
 
"Ümumiyyətlə, bizdə uşaq futbolundan tutmuş böyüklərin futboluna qədər olan problemlər düzəlməlidir. Amma konkret Santuşla bağlı məsələyə gəlincə demək olar ki, düzdür 2016-cı ildə Portuqaliya milli komandası ilə Avropa çempionu olub. Bundan əlavə, Portuqaliya millisini Millətlər liqasının qalibi də edib. Bu cür faktlar var. Lakin müəyyən klublarda Santuşun uğursuzluqlarının da şahidi olmuşuq.
 
Sadəcə olaraq, portuqaliyalı məşqçinin Azərbaycanda olan fəaliyyəti müşahidə etmək üçün kifayət qədər zaman lazımdır. Yerli mütəxəssislərin iştirakıyla, yerli mentaliteti nəzərə almaqla xüsusi planlar hazırlanmalıdır. Ən vacib olanı isə bu proqramın həyata keçirilməsidir. Çünki əvvəllər digər məşqçilər üçün belə planlar çox olub, kabinetlərdəki stollarda qalıb. F. Santuş mütləq şəkildə yerli futbolun içində olmalıdır. Bölgələri qarış-qarış gəzməlidir, futbolu öyrənməlidir, azərbaycanlı mütəxəssislərlə məsləhətləşməlidir, doğru seçimlər etməlidir. Yalnız bütün bunlardan sonra nəsə demək olacaq".
 
Mikayıl Mirzəzadə
 

OXŞAR XƏBƏRLƏR