Fernandu Santuş: "Heyətdə dəyişikliklər olacaq"

Fernandu Santuş: "Heyətdə dəyişikliklər olacaq"
İDMAN
16:36 24.03.2025
346
Heyətdə dəyişikliklər olacaq.

AZXEBER.COM-un məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Belarus yığmasına qarşı keçirəcəkləri yoxlama görüşündən əvvəl mətbuat konfransında deyib.

70 yaşlı mütəxəssis sabahkı matçda dəyişikliklər olacağını istisna etməyib:

"Səbuhi də sabah oynaya biləcək futbolçular arasındadır. Əlbəttə heyətdə dəyişikliklər olacaq. Bəzi futbolçulara istirahət verəcəyik. Müdafiədə daha inamlı çıxış etməliyik. Qol da vurmaq vacibdir. Çalışacağıq sabah topa sahib olan tərəf biz olaq"

Qeyd edək ki, martın 25-də Masazırda "Bank Respublika Arena”da baş tutacaq Azərbaycan – Belarus matçının start fiti saat 21:45-də səsləndiriləcək.
OXŞAR XƏBƏRLƏR