Hindistanda Ram Navami festivalı zamanı Beleshwar Mahadev Jhulelal məbədində köhnə böyük quyunun damı uçduqdan sonra 25 nəfər quyuya düşüb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı 18 nəfər xilas edilib, 7 nəfərin axtarışları davam edir.
Belə ki, Madhya-Pradeş ştatının İndor şəhərində keçirilən festival zamanı bir çox insanın köhnə quyunun damına çıxdığı və damın ağırlığını daşıya bilməyərək çökdüyü bildirilib.
Əyalətin başçısı Şivraj Sinq Çuhan İndore polisinin və rayon administrasiyasının yüksək vəzifəli şəxslərinin xilasetmə işlərinə şəxsən nəzarət etdiklərini bildirib.
Qeyd edək ki, Hindistanın baş naziri Narendra Modi də qəzaya görə kədərləndiyini bildirib.
Mikayıl