Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.
O bildirib ki, FETÖ-nun Azərbaycan uzantılarına qarşı ciddi mübarizə aparılmalıdır:
"Cəmiyyətin siyasi şüuru manipulyasiya edərək, öz "müridlərini” ziyalı, islahatçı, yüksək təfəkkürlü insanlar kimi təqdim etməklə onları hakimiyyətə gətirmək məqsədi güdürlər. Onların ətrafında müəyyən güc formalaşdırmaq və bununla da milli dövləti yıxmaq istəyirlər. Ona görə düşünürəm ki, son günlər Azərbaycan mətbuatında müzakirə olunan FETÖ, Mənsimov və İbadoğlu üçbucağı təhlükəli məqsədlərə xidmət edə bilər. Bunlardan biri ciddi ideoloji manipulyator, ikincisi siyasətçi və islahatçı obrazı yaradaraq, Azərbaycan cəmiyyətinə təqdim olunan Qubad İbadoğlu, üçbucağın sonuncu həlqəsi təşkilatın maliyyə tərəfini təmin edən Mənsimov ola bilər. Ancaq bunlar bir ehtimaldır. Düşünürəm ki, Azərbaycan mətbuatında müzakirə olunan bu məsələlər xüsusi xidmət oraqanlarımız üçün bir mənbə rolunu oynamalıdır ki, məsələ istiqamətində araşdırma aparılsın. Azərbaycan cəmiyyətini qane edəcək, obyektiv məlumatlar verilsin. Bu iddialar yanlışdırsa da, cəmiyyətə bildirilsin”.
Deputat hesab edir ki, FETÖ terror təşkilatının milli dövlətlər üzərində hegemoniya qurmaq cəhdləri mövcuddur:
"Türkiyədə 15 iyul hadisələrində şahidi olduq ki, bu terror təşkilatı nə qədər qorxunc bir təşkilatdır. Cəmiyyəti necə asanlıqla manipulyasiya edə bilir. Qeyd etdiyim kimi, Azərbaycan uzantılarına qarşı ciddi mübarizə aparılmalıdır. Müvafiq qurumlarımız dərhal onları ifaş etməlidir. Azərbaycanın tarixi ədaləti bərpa etməsi bizim düşmənlərimizin xoşuna gəlmir. Sülh danışıqları ərəfəsində Azərbaycan hakimiyyəti üzərində təzyiq qurmaqla, onu zəiflətmə cəhdləri qəbuledilməzdir. Burada medianın da üzərinə böyük iş düşür ki, kimlərin bu məqsədlərə xidmət etdiyini Azərbaycan cəmiyyətinə çatdırıb, FETO ilə bağlı maarifləndirmə işləri aparsınlar”.
Gülay