Fevralın 1-dən bölgələrdə neçə məktəb əyani təhsilə qayıdır?

Fevralın 1-dən bölgələrdə neçə məktəb əyani təhsilə qayıdır?
SOSİAL
16:37 30.01.2021
647

"Rayonlarda fəaliyyət göstərən 2000 məktəbdə ibtidai siniflər əyani təhsilə qayıdacaq”.

Bu barədə Təhsil naziri Emin Əmrullayev "Pandemiya dövründə təhsil” mövzusunda ünvanlanan sualları "Facebook” səhifəsində cavablandırarkən deyib.

O bildirib ki, bütün fənnlərin əyani sürətdə tədrisin təmin edilməsinə çalışırıq:

"Bölgələrdə ilkin hesablamalara görə, 2000-dən artıq məktəbdə ibtidai siniflər fevralın 1-dən əyani təhsilə qayıdacaq. Təbii ki, sinif otaqları mövcud pandemiya dövrünə müvafiq olaraq karantin qaydalarına cavab verən məktəblərdən söhbət gedir. Burada bədən tərbiyəsi fənni itisna edilir. Buna səbəb soyunub-geyinmə otaqlarında uşaqların bir-biri ilə sıx təmasda olması ehtimalıdır”.
OXŞAR XƏBƏRLƏR