Fevralın 1-dən vətəndaşlar ən azı bu qədər pensiya alacaq

SOSİAL
22:15 29.01.2025
2358
Cari ilin başlanğıcında həyata keçirilən yeni sosial islahat paketi çərçivəsində pensiyalarda artımlar nəzərdə tutulub və artıq gələn aydan etibarən bütün pensiyalar artırılmış məbləğdə ödəniləcək.

BAKU.WS-in məlumatına görə, artımlar iki əsas istiqamət üzrə həyata keçiriləcək.

Birincisi, pensiyalar ilin əvvəlindən başlayaraq indeksləşdiriləcək və artırılacaq, ikincisi isə fevralın 1-dən etibarən 320 manatdan aşağı olan pensiyalar 320 manat səviyyəsinə çatdırılacaq.

Beləliklə, fevralın 1-dən etibarən bütün pensiyalar artırılmış məbləğdə veriləcək, bu isə pensiyaçıların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edəcək.

OXŞAR XƏBƏRLƏR