Fevralın son gününə olan hava proqnozu - 18 dərəcə isti

Fevralın son gününə olan hava proqnozu - 18 dərəcə isti
SOSİAL
12:52 27.02.2017
806
 
Bakı və Abşeron yarımadasında fevralın 28-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi gündüz şimal küləyi ilə əvəz olunacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, havanın temperaturu gecə 2-5° isti, gündüz 8-13° isti, Bakıda gecə 3-5° isti, gündüz  10-12° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  normadan yüksək 767  mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 %  təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 0-5° isti, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR