Fəvvarələr meydanı ilə Qış parkını birləşdirəcək yolda işlər nə yerdədir? - VİDEO

Fəvvarələr meydanı ilə Qış parkını birləşdirəcək yolda işlər nə yerdədir? - VİDEO
SOSİAL
23:17 10.02.2026
831
Ərazidə aparılan işlər yekunlaşmaq üzrədir.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, bir zamanlar avtomobil xaosunun mərkəzi olan İslam Səfərli küçəsi yaxın zamanlarda sakinlərin gəzintisi, istirahəti üçün gözəl bir məkana çevriləcək. Qış Parkı və Fəvvarələr Meydanını əlaqələndirmək və yalnız piyadaların istifadəsi  məqsədilə sözügedən küçədə abadlıq-quruculuq işləri surətlə aparılır.

Podratçı şirkətin nümayəndəsinin sözlərinə görə, ötən il dekabr ayının sonuna qədər mövcud kommunikasiya xətləri tam yenilənib. Daha sonra asfalt qatı çıxarılıb və layihəyə uyğun işlərə başlanılıb. Küçənin böyük hissəsində daş döşəmələrin salınması işləri yekunlaşıb, ayrı-ayrı hissələrdə artıq skamyalar quraşdırılıb
Onu da qeyd etdilər ki, işlər gündəlik olaraq aparılır, küçənin ümumi görünüşü mərhələli şəkildə müasir piyada məkanına uyğunlaşdırılır.

OXŞAR XƏBƏRLƏR