Fəzail Ağamaldan Əli Kərimliyə sərt sözlər

MAQAZİN
17:15 11.03.2013
1630

Dünənki aksiya “facebook” vasitəsilə idarə olunan bir hərəkətdir.

Məqsəd də, niyyət də gənclər vasitəsi ilə Azərbaycanda qarşıdurma, gərginlik yaratmaqdır .AZXEBER.COM-un məlumatına görə, bu fikirləri millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədriFəzail Ağamalı10 mart aksiyasına, o cümlədən, aksiyadan bir gün öncə AXCP sədri Əli Kərimlinin beynəlxalq təşkilatları ittiham etməsinə münasibətini bildirərkən dilə gətirib.“Əli Kərimlinin fikirlərinə gəlincə, heç şübhəsiz burada iki niyyət ola bilər. Birincisi, düşünülmüş şəkildə gənclərin arxasında durmaqla guya bu hadisələrdə iştirak etmirlər, lakin özlərinin sıravi üzvlərini, gənclər təşkilatlarını həmin aksiyada iştirak etməyə yönəldirlər və bəyan edirlər ki, guya bunların həmin mitinqlərdə iştirakı-bağlılığı yoxdur.Mən düşünürəm ki, bu, daha çox belədir”, - deyən millət vəkilinin sözlərinə görə, ikinci niyyət isə o, ola bilər ki, Ə. Kərimli beynəlxalq təşkilatları ittiham etmək yolu ilə avantüraya çəkərək, yəni, həmin qurumların Azərbaycan iqtidarı ilə bərabər olduqlarını dilə gətirərək , onları öz tərəfinə çəkməyə cəhd edir:“Mən düşünürəm ki, Əli Kərimlinin fikirlərində bu iki niyyət var. Lakin araşdırma aparılmalıdır ki, 10 mart aksiyasında iştirak edən kimlər idi, onlar hansı təşkilatlara yaxın idi, hansı partiyaların bunlar üzərində himayəsi var. Bundan sonra yəqin ki, bütün mənzərə aydın olar.Eyni zamanda, bir neçə gün öncə “Nida” təşkilatının 3 üzvü həbs olunaraq, onlardan yandırıcı, alışdırıcı maddələri müsadirə ediblər və onlar sonradan etiraf ediblər ki, məqsədləri ölkədə qarışıqlıq yaratmaqdır. Elə hesab edirəm ki, bunun özü də ciddi hadisələrdən xəbər verir”.Partiya sədri bildirib ki, burada niyyət Azərbaycanda vətəndaş qarşıdurması yaratmaq, niyyət mitinqlərdə, nümayişlərdə ya hüquq mühafizə orqanlarının, ya da özlərinin üzvlərinə xəsarət yetirmək, hətta, onların ölümünə gətirib çıxara biləcək addımlar atmaq və beləliklə Azərbaycanda vəziyyəti ağırlaşdırmaq, gərginləşdirmək, qarşıdan gələn prezident seçkilərini pozmaq, anarxiya yolu ilə öz istəklərinə nail olmaqdır:“Burada əlbəttə, daxildəki avantürist qüvvələrlə xaricdəki Azərbaycanı istəməyən və Azərbaycanda hakimiyyəti ən müxtəlif yollarla ələ keçirmək istəyində, arzusunda qüvvələrin maraqları üst-üstə düşür. Burada da 3 qüvvə var-Rusiya,İran və Azərbaycanın antimilli qüvvələri. Bu 3 qüvvə də görünür ki, Azərbaycanda vəziyyəti gərginləşdirməyi qarşılarına məqsəd qoyub və artıq bunun bütün elementləri, parametrləri özünü göstərməkdədir...”

OXŞAR XƏBƏRLƏR