Fəzail Ağamalı hoteldə vəfat edibmiş: Nəşi Azərbaycana gətiriləcək

Fəzail Ağamalı hoteldə vəfat edibmiş: Nəşi Azərbaycana gətiriləcək
SOSİAL
22:11 09.02.2026
897
Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı Türkiyənin paytaxtı Ankarada vəfat edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Teleqraf"a mərhumun yaxınları məlumat veriblər.

Onların bildirdiyinə görə, F.Ağamalı qızı Günay Ağamalı ilə müayinə və müalicə üçün Türkiyəyə gedibmiş. O, bu gün səhər qaldığı hoteldə ürək çatışmazlığından dünyasını dəyişib.

F.Ağamalı uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi.
 
Məlumata görə, mərhumun nəşinin sabah və yaxud birisi gün Azərbaycana gətiriləcəyi bildirilir.
OXŞAR XƏBƏRLƏR